iOS və Android üçün rahat, stabil və biznes prosesinə uyğun mobil tətbiq hazırlanması.
Mobil tətbiq istifadəçi ilə brend arasında daha yaxın əlaqə yaradır. Sifariş, rezervasiya, şəxsi kabinet, push bildiriş, ödəniş və loyallıq sistemi kimi funksiyalar tətbiqdə daha rahat işləyə bilər.
Tətbiq hazırlananda ilk olaraq istifadəçi axını və əsas funksiya xəritəsi yazılır. Bu, lazımsız ekranların qarşısını alır və məhsulun daha tez istifadəyə verilməsinə kömək edir.
E-Go.az mobil tətbiqlərdə dizayn, API inteqrasiyası, backend, push bildiriş, test və yayınlama mərhələlərini birlikdə planlayır.
Məqsəd sadəcə app yaratmaq deyil; istifadəçinin təkrar qayıdacağı və biznes üçün ölçülə bilən nəticə verəcək məhsul hazırlamaqdır.